Milli Məclisin deputatı ATƏT PA-da Kibertəhlükəsizlik komitəsinin yaradılmasını təklif edib

Milli Məclisin deputatı ATƏT PA-da Kibertəhlükəsizlik komitəsinin yaradılmasını təklif edib Bakı. 9 iyul. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının (PA) Almaniyanın paytaxtı Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub.
Milli Məclis
9 İyul , 2018 15:30
Milli Məclisin deputatı ATƏT PA-da Kibertəhlükəsizlik komitəsinin yaradılmasını təklif edib
0 : 00
0 : 00

Bakı. 9 iyul. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının (PA) Almaniyanın paytaxtı Berlində keçirilən 27-ci yay sessiyası zamanı “ATƏT öhdəliklərinin tətbiqi: Parlamentarilərin rolu” mövzusunda qətnamə layihəsi müzakirə olunub.

“Report”un xəbərinə görə, çıxış Azərbaycan nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili dövlətlərin əsas diqqəti informasiya müharibəsinə, saxta xəbərlərə və qanunsuz olaraq istifadəçilər haqqında kütləvi informasiyanın toplanmasına yönəltməyin vacibliyini qeyd edib.

Deputat bu sahədə bütün ölkələrdə qanunvericiliyin zəif olduğunu, texnologiyaların inkişaf sürətinin yüksəldiyini və bundan sui-istifadə hallarının da artmasını önə çəkərək ATƏT PA çərçivəsində ortaq əməkdaşlıq platformasının vacibliyini bildirib.

T.Mirkişili ATƏT PA tərkibində kibertəhlükəsizlik üzrə ayrıca komitənin yaradılmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi