Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçirilən tədbirində iştirak edəcək

Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçirilən tədbirində iştirak edəcək Bakı. 22 sentyabr. REPORT.AZ/ Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.
Milli Məclis
22 Sentyabr , 2018 13:38
Milli Məclisin deputatı AŞPA-nın Gürcüstanda keçirilən tədbirində iştirak edəcək
Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

Bu barədə “Report”a MM-in Mətbuat xidmətindən məlumat verilib.

Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi