Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin dekabr ayında keçiriləcək plenar iclaslarından biri təxirə salınıb.
“Report”un xəbərinə görə, dekabrın 22-nə təyin edilən iclas təxirə düşüb. İclasın təxirə düşməsinin səbəbi məlum deyil.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 15-də, sonuncu plenar iclası isə dekabrın 29-da keçiriləcək.