Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyi dəyişdirilib

Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyi dəyişdirilib Milli Məclisin payız sessiyasının bu gün keçiriləcək sonuncu iclasının gündəliyinə dəyişiklik edilib.
Milli Məclis
30 Dekabr , 2020 10:52
Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyi dəyişdirilib

Milli Məclisin payız sessiyasının bu gün keçiriləcək sonuncu iclasının gündəliyinə dəyişiklik edilib.

“Report” xəbər verir ki, gündəliyə “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi əlavə edilib.

Bununla da iclasın gündəliyindəki məsələlərin sayı 7-yə çatıb.

İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:

1. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

4. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.

6. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında.

7. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Son xəbərlər

Orphus sistemi