Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Milli Məclis
13 Mart , 2019 12:57
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
Report

Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçirilib.

“Report”un xəbərinə görə, komitə sədri Eldar İbrahimov gündəlikdə olan qanun layihələri ilə bağlı məlumat verib.

E.İbrahimov deyib ki, bunlar “Fitosanitar nəzarəti haqqında”, Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında”, “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında”, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”, “Auditor haqqında”, İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yeyinti məhsulları haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara, o cümlədən Su, Meşə, Torpaq, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Komitə sədri vurğulayıb ki, dəyişikliklər bu qanunların digər qanunlara uyğunlaşdırılması üçün edilir.

Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi