Milli Məclisin Aparat rəhbəri Tbilisidə işçi görüşdə iştirak edir

Milli Məclisin Aparat rəhbəri Tbilisidə işçi görüşdə iştirak edir İşçi görüş sabah “Parlamentlərarası əməkdaşlığın gələcəyi” mövzusunda sessiya ilə davam etdiriləcək
Milli Məclis
24 Sentyabr , 2018 15:27
Milli Məclisin Aparat rəhbəri Tbilisidə işçi görüşdə iştirak edir
Report
0 : 00
0 : 00

Tbilisi. 24 sentyabr. REPORT.AZ/ Gürcüstan parlamentinin Tbilisidəki binasında Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin parlamentlərinin aparat rəhbərlərinin işçi görüşü keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, ikigünlük toplantıda Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev və Beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov iştirak edir.

Görüşdə Azərbaycan, Gürcüstan, Belarus, Moldova, Ukrayna və Ermənistan parlamentlərinin aparatlarının fəaliyyəti, əməkdaşlığın yeni formatları və təcrübə mübadiləsi məsələləri müzakirə olunur.

Tədbirdə çıxış edən Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Tbilisinin toplantıya ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək “Şərq tərəfdaşlığı” ölkələri arasında bir çox formatlarda uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib.

İ.Kobaxidze görüşün təşkilində göstərdiyi dəstəyə görə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinə (GIZ) təşəəkürünü bildirib: “Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələrinin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri bundan sonra da dəstəkləməyə hazırdır”.

Gürcüstan parlamentinin aparat rəhbəri Givi Mikanadze çıxışında “Şərq tərəfdaşlığı” ölkələrinin parlament sədrlərinin parlamentlərarası əməkdaşlığa xüsusi diqqət ayırdığını deyib: “İşçi görüşün yekunu olaraq sabah anlaşma memorandumunun imzalanması nəzərdə tutulub. Memorandum siyasi deyil, parlamentlərin aparatları arasında əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı xoş niyyət sənədi olacaq”.

Sonra çıxış edən Almaniya parlamentinin baş katibinin müavini Ulrich Schöler “Şərq tərəfdaşlığı”na üzv ölkələrin parlamentləri arasında sıx əlaqələrin və dialoqun qurulmasının vacibliyini qeyd edib: “Bundestaq parlamentlər arasında birbaşa əlaqələrin gücləndirilməsini dəstəkləyir. “Şərq tərəfdaşlığı” ölkələrini birləşdirən ümumi cəhətlər var və bu cəhətlər dialoq və əməkdaşlıq üçün zəmin yaradır”.

İşçi görüş sabah “Parlamentlərarası əməkdaşlığın gələcəyi” mövzusunda sessiya ilə davam etdiriləcək. Tədbirin yekunu olaraq Tbilisi memorandumu imzalanacaq.

Son xəbərlər

Orphus sistemi