Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib Bakı. 28 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilib.
Milli Məclis
28 Dekabr , 2018 12:03
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) parlamentlərarası üç işçi qrupuna rəhbərlər seçilib.

"Report"un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" MM-in qərarında dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyev, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarova, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyev seçilib.

Son xəbərlər

Orphus sistemi