Bakı. 9 mart. REPORT.AZ/ Bu gün Milli Məclisdə “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turniri” ilə bağlı püşkatma mərasimi olub.
“Report”un xəbərinə görə, turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları yarışacaq.
Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.
Qeyd edək ki, bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Oyunun ardınca Polşa və Türkiyə qarşılaşacaq.