Milli Məclisin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turnirinə start verilir

Milli Məclisin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turnirinə start verilir Bakı. 9 mart. REPORT.AZ/ Bu gün “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri”nə start verilir.
Milli Məclis
9 Mart , 2018 11:56
Milli Məclisin 100 illik yubileyinə həsr olunan Parlament Komandalararası beynəlxalq futbol turnirinə start verilir

Bakı. 9 mart. REPORT.AZ/ Bu gün “Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyinə həsr olunan Parlament Komandalarıarası beynəlxalq futbol turniri”nə start verilir.

“Report”un xəbərinə görə, turnir Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Uklrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandalarının iştirakı ilə martın 9-11-də Bakıda keçiriləcək.

Tunirin əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır. Bununla əlaqədar Milli Məclisdə parlamentin Gənclər və idman komitəsi ilə Türkiyə və Latviya parlamentlərinin müvafiq komitələri arasında Anlaşma Memorandumu imzalanıb.

Bu gün baş tutacaq ilk oyunla turnirə strart veriləcək.

Qeyd edək ki, turnir Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi