8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb 125 dairə üzrə 923 müraciət daxil olub
Milli Məclis
18 Sentyabr , 2015 17:37
8 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə artıq 8 nəfərin namizədliyi qeydə alınıb. "Report" xəbər verir ki, bunu Mərkəzi Seçkilər Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 125 dairə üzrə 923 müraciət daxil olub: “Onlardan 498 nəfəri 13 siyasi partiya tərəfindən, 34 nəfəri “Azadlıq-2015” seçki blokundan, 388 nəfəri fərdi qaydada, 3 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Artıq 720 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 583 nəfər imza vərəqələri alıb, onlardan 39 nəfəri imza vərəqələrini qaytarıb. Onlardan isə 8 nəfərin namizədliyi qeydə alınıb”.

Son xəbərlər

Orphus sistemi