Milli Məclisdə vətənpərvərlik verilişləri üçün televiziyalara maliyyə ayrılması təklif edilib

Milli Məclisdə vətənpərvərlik verilişləri üçün televiziyalara maliyyə ayrılması təklif edilib Fuad Muradov: “Televiziyalara çox böyük diqqət ayrılmalıdır”
Milli Məclis
17 Noyabr , 2017 13:38
Milli Məclisdə vətənpərvərlik verilişləri üçün televiziyalara maliyyə ayrılması təklif edilib

Bakı. 17 noyabr. REPORt.AZ/ “Qarabağla, aprel döyüşlərində şəhid olmuş hərbçilərlə bağlı, rayonlarda böyük bannerlər qoyulub və həmin məsələlər orada öz əksini tapıb. Bir neçə televiziyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Bu elə də böyük bir maliyyə deyil ki, televiziyalar bunu həyata keçirə bilməsinlər. Bununla əlaqədar televiziyalara müəyyən maliyyə yardımı ayrılmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, bu, ən vacib məsələlərdən biridir: “Ermənilər bu gün hər bir istiqamətdən istifadə edirlər ki, Azərbaycana qara yaxsınlar. Aprel döyüşləri ilə bağlı onların xüsusi nəzəriyyəsi də var. Onu müxtəlif beynəlxalq təşkilatlarda qaldırmaq istəyirlər. Onlara layiqli cavablar verilir. Biz də ölkə daxilində bu məsələyə çox ciddi yanaşmalıyıq. Aprel döyüşləri Azərbaycan ordusunun, cəmiyyətinin gücünü, ölkə başçısının siyasi iradəsini göstərdi. Mən düşünürəm ki, televiziyalara çox böyük diqqət ayrılmalıdır. İnanıram ki, yeni yaradılan qurum-Reklam Agentliyi də bu məsələyə öz töhvəsini verəcək. Bu gün gənc nəsil böyüyür. Onlar bilməlidir ki, bizim belə qəhrəmanlarımız var. Təbii ki, bunu ruh yüksəkliyi ilə göstərmək lazımdır”.

Son xəbərlər

Orphus sistemi