Milli Məclisdə uşaqların cinsi istismara məruz qalması ilə bağlı cəzanın sərtləşdirilməsi təklif olunub

Milli Məclisdə uşaqların cinsi istismara məruz qalması ilə bağlı cəzanın sərtləşdirilməsi təklif olunub Bakı. 25 yanvar. REPORT.AZ/ “Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Həmin şəxslərin daha sərt formada cəzalandırılması üçün qanuna dəyişikliklər etmək məsələsinə baxırıq”.
Milli Məclis
25 Yanvar , 2018 11:58
Milli Məclisdə uşaqların cinsi istismara məruz qalması ilə bağlı cəzanın sərtləşdirilməsi təklif olunub
Milli Məclis / Report

Bakı. 25 yanvar. REPORT.AZ/ “Son vaxtlar azyaşlı uşaqlara qarşı zorakılıq hallarının şahidi oluruq. Həmin şəxslərin daha sərt formada cəzalandırılması üçün qanuna dəyişikliklər etmək məsələsinə baxırıq”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, belə məsələlərə baxmağa ehtiyac var: “Bu, bizi narahat edir”.

Deputat Sədaqət Vəliyeva da bu məsələyə toxunub: “Bu, ağrılı, utancverici haldır. Belə halların qarşısının alınması vacibdir. Buna görə də qanunvericilikdə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.

Son xəbərlər

Orphus sistemi