Milli Məclisdə kommunal xidmətlərin pulsuz olması məsələsi qaldırıldı

Milli Məclisdə kommunal xidmətlərin pulsuz olması məsələsi qaldırıldı “Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-qruşa edin”.
Milli Məclis
25 Dekabr , 2020 11:41
Milli Məclisdə kommunal xidmətlərin pulsuz olması məsələsi qaldırıldı

“Zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin”.

“Report” xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır”, - deputat bildirib.

Son xəbərlər

Orphus sistemi