Milli Məclisdə iclaslarının təxirə salınması və onlayn iş rejiminə keçirilməsi məsələsi qaldırıldı

Milli Məclisdə iclaslarının təxirə salınması və onlayn iş rejiminə keçirilməsi məsələsi qaldırıldı “Bu gün bizi gözləyən ciddi təhıükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir. Daha sonra isə bunu Dağıstanda baş verən hadisələr üzərindən etməyə çalışdılar”.
Milli Məclis
19 İyun , 2020 11:30
Milli Məclisdə iclaslarının təxirə salınması və onlayn iş rejiminə keçirilməsi məsələsi qaldırıldı

“Bu gün bizi gözləyən ciddi təhıükələrdən biri sosial şəbəkələr üzərindən hansısa təxribatçı qrupun dövlətə qarşı fəaliyyətidir. Daha sonra isə bunu Dağıstanda baş verən hadisələr üzərindən etməyə çalışdılar”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının müdrik siyasəti nəticəsində bu dalğanın da qarşısı alındı:

“Bu gün pandemiya ilə bağlı vəziyyət mürəkkəbdir. Hazırda ölkəmizda xalqın qarşısına çıxıb açıqlama, izahat verəcək virusoloq, bakteroloq yoxdur. Dünyada təcrübə var ki, başqa ölkələrdən bu sahənin mütəxəsislərini dəvət etməliyik. Digər tərəfdən pandemiyada bütün məsuliyyəti polisin üzərinə atmaq olmaz. Bu gün çox ciddi qərarlar almalıyıq. Lazım olsa, Milli Məclisin iclaslarını da təxirə salmaq istiqamətində düşünməli və onlayn iş sisteminə keçməliyik”.

Son xəbərlər

Orphus sistemi