Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib.
Milli Məclis
21 dekabr 2020 09:36
Milli Məclisdə büdcə müzakirələrinin vaxtı açıqlandı
0 : 00
0 : 00

Milli Məclisdə büdcə müzakirələrinin vaxtı müəyyənləşib.

Bu barədə "Report"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

O bildirib ki, büdcə zərfinə daxil olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirə ediləcək.

Qeyd edək ki, büdcə zərfinə "2021-ci il dövlət büdcəsi haqqında”, "2021-ci il üçün yaşayış minimumu haqqında”, "2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Son xəbərlər

Orphus sistemi