Milli Məclis yeni medal təsis olunması barədə layihəni qəbul edib

Milli Məclis yeni medal təsis olunması barədə layihəni qəbul edib Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında qanuna dəyişiklik layihəsi müzakirə edilib.
Milli Məclis
30 Noyabr , 2018 13:45
Milli Məclis yeni medal təsis olunması barədə layihəni qəbul edib
Milli Məclis / Report

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib.

“Report”un xəbərinə görə, bildirilib ki, bu dəyişiklik yeni medalın təsis edilməsi ilə əlaqədardır.

Qanuna edilən əlavə ilə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” medalı təsis olunub.

Bu medalla 2019-cu il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğur qazanan zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən, ehtiyata (istefaya) buraxılan zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif olunurlar.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi