Parlamentin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son günlər bəzi KİV-lərdə Milli Məclisin iyul ayında təcili növbədənkənar sessiyasının çağırılması ilə bağlı yanlış xəbərlər yayılıb.
Bildirilib ki, hər il yaz sessiyası bitdikdən sonra Milli Məclisin qanunverici işlər planında olan və qanunverici təşəbbüsü subyektləri tərəfindən təqdim edilən qanun layihələrinin müzakirəsi üçün yay aylarında növbədənkənar sessiya çağırılır. Həmin növbədənkənar sessiya maksimum iyul ayının 15-dək - Milli Məclisin tətilə çıxdığı müddətədək davam oluna bilər. Bu il də hər il olduğu kimi Milli Məclisin növbədənkənar sessiyası çağırılmışdır. Həmin sessiyanın iclaslarının gündəliyinə daxil olan qanun layihələri üç oxunuşdan keçməlidir.
"Azərbaycan Prezidenti
Milli Məclisin Mətbuat xidməti bir daha bəzi Kütləvi İnformasiya Vasitələrinə müraciət edir ki, əsası olmayan, yoxlanılmamış məlumatlarla ictimaiyyəti yayındırmasınlar", - parlamentdən bildirilib.