Milli Məclis sədrinin birinci müavini Zahd Orucun çıxışını narazılıqla qarşılayıb

Milli Məclis sədrinin birinci müavini Zahd Orucun çıxışını narazılıqla qarşılayıb Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanları verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.
Milli Məclis
18 May , 2018 15:09
Milli Məclis sədrinin birinci müavini Zahd Orucun çıxışını narazılıqla qarşılayıb
Report

Bakı. 18 may. REPORT.AZ/ "Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanları verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətkarlıq var. Beynəlxalq mərkəzlərdə, Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib.

O qeyd edib ki, insanlar vəsait xərcləyərək Gürcüstana gedirlər, orada imtahan verirlər: “Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq?!”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Z.Orucun çıxışını narazılıqla qarşılayıb. O deyib ki, Z.Oruc qanun layihəsindən, yəni müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklikdən başqa hər şeydən danışdı.

Son xəbərlər

Orphus sistemi