Milli Məclis sədri: "Regionda bir neçə dövlətin ərazisindəki silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır"

Milli Məclis sədri: "Regionda bir neçə dövlətin ərazisindəki silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır" “İyirmi altı il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımından çox böyük potensiala malik olduğunu sübut edib. Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var”.
Milli Məclis
20 İyun , 2019 11:44
Milli Məclis sədri: Regionda bir neçə dövlətin ərazisindəki silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır

“İyirmi altı il öncə yaranmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Qara Dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslər irəli sürülməsi və həyata keçirilməsi baxımından çox böyük potensiala malik olduğunu sübut edib. Parlament Assambleyasının plenar sessiyasının 7 il sonra yenidən Bakıda keçirilməsinin və Qara Dəniz bölgəsində enerji məsələlərinə həsr olunmasının rəmzi mənası var”.

“Report” xəbər verir ki, Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclasında çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.

Onun sözlərinə görə, bu 7 ildə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və enerji layihələrinin köməyi ilə bölgənin iqtisadi mənzərənin dəyişdirilməsində mühüm bir dövr təşkil edib: “Qara Dəniz İqtisadi Əməkdaşlıq beynəlxalq və regional əməkdaşlığın gözəl nümunələri olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum və TANAP qaz kəmərləri, digər trans milli layihələr nəinki bölgəmizin, həm də Avropa qitəsinin iqtisadi xəritəsinin formalaşdırılmasında mühüm rol oynayır, onun enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verir. Bu layihələr arasında 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yol xəttinin reallaşdırılmasının və eləcə də TAP qaz kəmərinin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və onun Parlament Assambleyası çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir”.

O.Əsədov qeyd edib ki, regionda bir neçə dövlətinin ərazisində mövcud olan silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır: “Azərbaycan uzun illərdir ki, Ermənistanın silahlı təcavüzündən və işğalından əziyyət çəkir. Biz əminik ki, bu münaqişələr beynəlxalq hüququn prinsipi və normaları, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasnda tezliklə öz həllini tapacaq”.

Son xəbərlər

Orphus sistemi