Milli Məclis seçkilərinə 217 nəfərin namizədliyi qeydə alınıb

Milli Məclis seçkilərinə 217 nəfərin namizədliyi qeydə alınıb 1 351 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib
Milli Məclis
26 Sentyabr , 2015 16:55
Milli Məclis seçkilərinə 217 nəfərin namizədliyi qeydə alınıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda Parlament seçkilərində iştirak etmək üçün indiyədək seçki dairələrinə 1 449 nəfər müraciət edib. Onlardan 557-si siyasi partiyalar, 60-ı “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 829 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 351-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 231 nəfər imza vərəqəsi alıb: “376 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 217-nin deputatlığa namizədliyi qeydə alınıb. Həmin namizədlərin 123-ü siyasi partiya, 94-ü isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb”.

M.Pənahovun sözlərinə görə, 102 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər bu ilin noyabın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi