Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib

Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib Bakı. 5 mart. REPORT.AZ/ Milli Məclisin Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsini qəbul edib.
Milli Məclis
5 Mart , 2019 13:34
Milli Məclis Ombudsmanın illik məruzəsini qəbul edib
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ Milli Məclisin Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2018-ci il üzrə illik məruzəsini qəbul edib.

“Report” xəbər verir ki, məruzəni parlamentin bu gün keçirilən plenar iclasında ombudsman Elmira Süleymanova təqdim edib.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

Məruzə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Orphus sistemi