Milli Məclisin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, iclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib.
Komitə sədri daha çox sosialyönümlülüyü ilə diqqət çəkən gələn ilin büdcə layihəsinin peşəkarlıqla hazırlandığını vurğulayıb. Bildirilib ki, son illərdə aparılan islahatlar nəticəsində sosial sahəyə ayrılan vəsaitlərin məbləğinin artırılması, büdcənin əhalinin güzəranının yaxşılaşdırılmasına isiqamətləndirilməsi təqdirəlayiq haldır.
Sonra iclasda iştirak edən Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə çıxış edərək qeyd edib ki, büdcə layihəsi birinci oxunuşunda Milli Məclisin müzakirəsindən keçib və millət vəkilləri tərəfindən tutarlı təkliflər verilib. Nazir müavini bu təkliflərin nəzərə alınacağını deyib və 2020-ci ilin büdcə parametrlərini yenidən səsləndirib.
Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İlqar Fətizadə yeni büdcə layihəsində sosial, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdırıb.
Sonra Elm və təhsil komitəsinin sədri
Səhiyyə komitəsinin sədri
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri
Müzakirələrdə deputatlardan
İclasda iştirak edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxış edərək millət vəkillərini maraqlandıran məsələlərə aydınlıq gətirib.
Müzakirələrdən sonra 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.