Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib

Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib "Azərbaycan xalqı dünyanın güclü xalqları ilə bir sırada dayanır"
Milli Məclis
29 Dekabr , 2017 13:59
Milli Məclis Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Milli Məclis (MM) bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edib.

“Report”un xəbərinə görə, müraciəti deputat Məlahət İbrahimqızı oxuyub.

Müraciətdə milli birliyin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı dünyanın güclü xalqları ilə bir sırada dayanır: “Prezident İlham Əliyevin yürütdüyü siyasət və bu siyasət nəticəsində ölkənin qüdrətlənməsi hər bir azərbaycanlını sevindirir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vəzifələrindən biri də azərbaycan dilinin, milli mənəvi dəyərlərin qorunmasıdır”.

“Dünya azərbaycanlıların hər birini xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə çağırırıqş Doğma Azərbaycana nurlu sabahlar arzulayırıq” - deyə, müraciətdə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi