Milli Məclis deputatların diplomatik pasportunın geri alınmaması ilə bağlı məsələni müzakirə edə bilər

Milli Məclis deputatların diplomatik pasportunın geri alınmaması ilə bağlı məsələni müzakirə edə bilər “Azərbaycanda deputat seçilir. Onun səlahiyyət müddəti başa çatandan sonra isə onun diplomatik pasportu geri qaytarılır”.
Milli Məclis
246
20 Dekabr , 2021 11:45
Milli Məclis deputatların diplomatik pasportunın geri alınmaması ilə bağlı məsələni müzakirə edə bilər
Sabir Rüstəmxanlı

“Azərbaycanda deputat seçilir. Onun səlahiyyət müddəti başa çatandan sonra isə onun diplomatik pasportu geri qaytarılır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, 1995-ci ildən bəri parlamentdən kənarda qalan belə şəxslərin sayı 150-200 nəfər olar: “Onların diplomatik pasportunun geri alınmaması ilə bağlı düşünmək lazımdır”.

Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, deputatın diplomatik pasportu ilə bağlı müddəalar “Deputatın statusu haqqında” qanunda əksini tapıb: “Əgər deputatlar tərəfindən bu məsələ ilə bağlı təkliflər olsa, buna komitədə baxıla bilər”.

Spiker Sahibə Qafarova da deputatların bir neçə dəfə bu məsələni qaldırdığını bildirib: “Bu məsələni nəzərə almaq olar”.

Son xəbərlər

Orphus sistemi