Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib

Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib “Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”.
Milli Məclis
23 Noyabr , 2021 11:30
Milli Məclisin COVID-19-a yoluxan əməkdaşlarına 500 manat maddi yardım verilib

“Milli Məclisin koronavirusa yoluxan əməkdaşlarına yardım kimi 500 manat verilib”.

“Report”un xəbərinə görə, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.

“Milli Məclisdə müvafiq sənədlərlə tanış olanda gördüm ki, mənə müəyyən qədər yanlış məlumat verilib. Burada işləyən sürücülərin nəinki əməkhaqqı kəsilməyib, onlar üçün dövlət hesabına kurs təşkil olunub ki, dərəcələrini artırsınlar və daha yüksək maaş alsınlar. Gördüm ki, uzun müddət Milli Məclisdə işləyən xeyli təcrübəli insan vəzifələrə irəli çəkilib. Məsələn, ekspertlər müşavir vəzifəsinə təyin olunublar. Məlum çıxışıma görə deputatlar da, sosial şəbəkələrin fəalları də haqlı olaraq məni qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm, indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Sahibə xanım, sizdən və xalqımdan da üzr istəyirəm”, - deputat bildirib. 

S.Qafarova isə T.Kərimliyə tövsiyə edib ki, yanlış məlumatlar yaymasın. 

Qeyd edək ki, T.Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlament əməkdaşlarına ev, maşın verilməsi məsələsini qaldırmışdı. 

Son xəbərlər

Orphus sistemi