Yuxarı
    Bağlamaq

    Milli Məclis Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan layihəni qəbul edib

    Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası əlavə olunub© Report

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

    “Report”un xəbərinə görə, ümumilikdə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövləyt quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

    Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar, əsasən, mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir.

    Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası əlavə edilib. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.

    Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükələr törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.

    Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi