Milli Məclis Azərbaycanda dövlət müşaviri vəzifəsinin ləğvini nəzərdə tutan dəyişikliyi təsdiqləyib

Milli Məclis Azərbaycanda dövlət müşaviri vəzifəsinin ləğvini nəzərdə tutan dəyişikliyi təsdiqləyib Layihə səsverməyə çıxarılaraq qəbul edilib
Milli Məclis
31 Oktyabr , 2017 14:22
Milli Məclis Azərbaycanda dövlət müşaviri vəzifəsinin ləğvini nəzərdə tutan dəyişikliyi təsdiqləyib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.

“Report” xəbər verir ki, hazırki təsinaftda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.
Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi çıxarılır.
Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi