Yuxarı
    Bağlamaq

    Milli Əlaqələndirmə Şurasında yaradılan işçi qrupda Milli Məclisdən də nümayəndənin olması təklif edilib

    © Reprot/ Firi Salim — Baş nazirin müavini Əli Əhmədov

    Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, Baş nazirin müavini Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının yaratdığı işçi qruplarda Milli Məclisdən də nümayəndənin olmasını təklif edib.

    “Report”un xəbərinə görə, Ə.Əhmədov deyib ki, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə Milli Məclisin əməkdaşlığını təmin etmək üçün yaradılan işçi qruplarında Parlamentdən də nümayəndənin iştirakı təmin edilə bilər: “Bu, Dayanıqlı İnkişaf üzrə həyata keçirdiyimiz işləri birlikdə aparılmasına müsbət təsir edər. Parlamentin özü də bir qrup yarada bilər. Bundan başqa, Milli Məclis bu işlərə töhfəsini müxtəlif formalarda verə bilər. Məsələn, bəyanat və ya müraciət qəbul edib, prosesə müsbət çalar qatar”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi