Məzahir Pənahov: “Parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”

Məzahir Pənahov: “Parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib” Dairə seçki komissiyalarında isə 55 242 müşahidəçi qeydə alınıb
Milli Məclis
22 Oktyabr , 2015 17:58
Məzahir Pənahov: “Parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib”

Bakı. 22 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasında (MSK) bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

“Report”un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, həmin müşahidəçilər 46 ölkəni təmsil edirlər.

M.Pənahov qeyd edib ki, MSK-da 3 mindən artıq yerli müşahidəçi, dairə seçki komissiyalarında isə 55 242 müşahidəçi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi