Məzahir Pənahov: “İndiyədək 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”

Məzahir Pənahov: “İndiyədək 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb” “Deputatlığa namizədliyini irəli sürənlərdən 1014 nəfər imza vərəqəsi alıb”
Milli Məclis
23 Sentyabr , 2015 16:54
Məzahir Pənahov: “İndiyədək 111 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”

Bakı. 23 sentyabr. REPORT.AZ/ “Parlament seçkilərində iştirak etmək üçün indiyədək seçki dairələrinə 1 283 nəfər müraciət edib. Onlardan 543-ü siyasi partiyalar, 57-si “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 680 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 127-nin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 014 nəfər imza vərəqəsi alıb: “270 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 111-nin deputatlığa namizədliyi qeydə alınıb”.

M.Pənahovun sözlərinə görə, 102 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, biri isə xüsusi icazə əsasında qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabın 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi