Məzahir Pənahov deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələri məsələsinə aydınlıq gətirib

Məzahir Pənahov deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələri məsələsinə aydınlıq gətirib “Bu, o demək deyil ki, namizəd seçicini özü aldadıb”
Milli Məclis
13 Oktyabr , 2015 16:55
Məzahir Pənahov deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələri məsələsinə aydınlıq gətirib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələrinə aydınlıq gətirib.

“Report”un məlumatına görə, M.Pənahov deyib ki, bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır: “Bu, o demək deyil ki, namizəd seçicini özü aldadıb. İmzatoplama kampaniyasında müxtəlif insanlar iştirak edir”.

O bildirib ki, seçicilərin aldadılması namizəd tərəfindən deyil, imza toplayan şəxslər tərəfindən də ola bilər: “Seçicilər də həqiqət üzə çıxdıqdan sonra dairə seçki komissiyalarına müraciət edərək imzalarından imtina edirlər”.

Son xəbərlər

Orphus sistemi