Bu gün
“Report”un xəbərinə görə, MSK sədri ilk olaraq gündəlik barədə iclas iştirakçılarına məlumat verib.
Sonra çıxış edən MSK-nın katibi Mikayıl Rəhimov qeyd edib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissədə icrası, eləcə də bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədi ilə genişmiqyaslı maarifləndirmə layihəsi həyata keçiriləcək.
O bildirib ki, tərtib edilən tədris proqramına uyğun olaraq, oktyabrın 11-də Bakı şəhərində MSK-nın inzibati binasında dairə seçki komissiyalarının sədrləri üçün seminar-müşavirə, 15-17 oktyabrda isə dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.