​MDB müşahidə missiyasının qərargahı Bakıda fəaliyyətinə başlayır

​MDB müşahidə missiyasının qərargahı Bakıda fəaliyyətinə başlayır MDB müşahidəçilərindən ibarət nümayəndə heyətinə Sergey Lebedev rəhbərlik edəcək
Milli Məclis
14 Oktyabr , 2015 15:10
​MDB müşahidə missiyasının qərargahı Bakıda fəaliyyətinə başlayır

Bakı. 14 oktyabr. REPORT.AZ/ Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində MDB-nin uzunmüddətli müşahidə missiyasının Bakıdakı qərargahı fəaliyyətinə başlayır. Bu barədə "Report"a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib.

Bununla bağlı MDB müşahidə missiyası qərargahının rəhbəri Yevgeni Sloboda Bakıya gəlib. Onun MSK sədri də daxil olmaqla, bir sıra görüşlər keçirməsi planlaşdırılır.

Parlament seçkilərində monitorinqi MDB-nin uzunmüddətli və qısamüddətli müşahidəçilər qrupu həyata keçirəcək. Müşahidə Azərbaycanın bütün regionlarını əhatə edəcək.

Qurumun müşahidəçilərindən ibarət nümayəndə heyətinə MDB-nin icraçı katibi Sergey Lebedev rəhbərlik edəcək

Son xəbərlər

Orphus sistemi