MDB PA müşahidəçilər qrupunun əlaqələndiricisi: "Azərbaycanda seçkilər yaxşı təşkil olunub"

MDB PA müşahidəçilər qrupunun əlaqələndiricisi: "Azərbaycanda seçkilər yaxşı təşkil olunub" "Məntəqənin işi ilə tanış olduq, hər şey yaxşı və rahat təşkil olunub, əksər detallar nəzərə alınıb"
Milli Məclis
1 Noyabr , 2015 09:48
MDB PA müşahidəçilər qrupunun əlaqələndiricisi: Azərbaycanda seçkilər yaxşı təşkil olunub

Bakı. 1 noyabr. REPORT.AZ/ "Məntəqənin işi ilə tanış olduq, hər şey yaxşı və rahat təşkil olunub, əksər detallar nəzərə alınıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski deyib.

Onun sözlərinə görə, müşahidəçilər 29 saylı Səbail dairəsinin 2 saylı məntəqəsində seçkiyə hazırlıqla ətraflı tanış olub, müşahidəçilərlə, seçki komissiyasının üzvləri ilə fikir mübadiləsi aparıblar.

L.Slutski qeyd edib ki, MDB Parlamentlərarası Assambleyanın müşahidəçiləri bu gün, gün ərzində Bakı və onun ətrafındakı seçki məntəqələrində səsvermə prosesinin gedişatını izləyəcək.

Qeyd edək ki, müşahidə qrupunun tərkibinə MDB Parlamentlərarası Assambleyasının 6 üzv-ölkəsinin (Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan) deputatları və ali qanunvericilik orqanlarının nümayəndələri, eləcə də Parlamentlərarası Assambleya Şurasının katibliyinin əməkdaşları daxildir. MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupu ümumilikdə 21 nəfərdən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi