Maliyyə naziri: "Gələn il 42 şəhər və rayon xərclərini öz gəlirləri hesabına ödəyəcək"

Maliyyə naziri: "Gələn il 42 şəhər və rayon xərclərini öz gəlirləri hesabına ödəyəcək" “Cənab Prezidentin tapşırığına əsasən, dövlət büdcəsinin sosialyönümlülüyünə növbəti ildə də nail olunub. Sosial xərclərin xüsusi çəkisi dövlət büdcəsində 38,9 faiz təşkil edəcək”.
Milli Məclis
23 Dekabr , 2020 11:51
Maliyyə naziri: Gələn il 42 şəhər və rayon xərclərini öz gəlirləri hesabına ödəyəcək

“Cənab Prezidentin tapşırığına əsasən, dövlət büdcəsinin sosialyönümlülüyünə növbəti ildə də nail olunub. Sosial xərclərin xüsusi çəkisi dövlət büdcəsində 38,9 faiz təşkil edəcək”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, 806 milyon manat məbləğində yerli gəlir gözlənilir:

“Gələn ildə də öz gəlirləri hesabına xərclərini təmin edən şəhər və rayonların sayı isə 42-yə çatacaq”.

Son xəbərlər

Orphus sistemi