“Könüllülər Parlamenti Azərbaycan-2019” layihəsinin açılış mərasimi keçirilib

“Könüllülər Parlamenti Azərbaycan-2019” layihəsinin açılış mərasimi keçirilib Bakı. 18 fevral. REPORT.AZ/ Milli Məclis və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin açılış mərasimi keçirilib.
Milli Məclis
18 Fevral , 2019 10:50
“Könüllülər Parlamenti  Azərbaycan-2019” layihəsinin açılış mərasimi keçirilib
Report
0 : 00
0 : 00

Bakı. 18 fevral. REPORT.AZ/ Milli Məclis və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti – Azərbaycan-2019” layihəsinin açılış mərasimi keçirilib.

"Report"un xəbərinə görə, Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, 2012-ci ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “ASAN xidmət” artıq dövlət daxili deyil, beynəlxalq hüquqi reallığa çevrilib.

Onun sözlərinə görə, bir çox ölkələr “ASAN xidmət”in təcrübəsindən yararlanmaq istəyir: “Çox qısa müddətdə milyonlarla şəxs “ASAN xidmət”ə müraciət edib. Tək Azərbaycan Respublikası vətəndaşları deyil, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu xidmətlərdən yararlanır. Sizin gələcək fəaliyyətiniz üçün burada qazanacağınız təcrübə böyük rol oynayacaq”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli qeyd edib ki, “ASAN Könüllüləri” hazırda 17 mindən çox könüllünü özündə birləşdirir: “Bu, bir hərəkata çevrildi. Hərəkat çərçivəsində yüzlərlə layihə həyata keçirilib. Ümumilikdə bu layihələr “ASAN Könüllüləri”nə daxil olmayan gəncləri də əhatə edib. Təqribi hesablamara görə, 50 min gənci əhatə edən tədbirlər həyata keçirmişik”.

O.Dəmirli əlavə edib ki, “Könüllülər Parlamenti” layihəsi də həyata keçirilir: “Bu layihə nəticəsində fəal gənclərə imkan yaradılır ki, onların siyasi, qanunvericilik proseslərində iştirakları təmin olunsun. 1300-ə yaxın gənc bu layihədə iştirakçı olmaq istəyib. 4 gün davam edən bu layihə çərçivəsində onlar qanunvericilik proseslərini öyrənəcəklər. Qanun layihələri irəli sürüb Milli Məclisin komitələrinin iclaslarında iştirak edəcəklər. Onların Milli Məclisin deputatları ilə görüşləri olacaq”.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev diqqətə çatdırıb ki, 2012-ci ildən fəaliyyət göstərən “ASAN xidmət” bir brenddir. Sektor müdiri qeyd edib ki, “ASAN xidmət” dünyada Azərbaycanla bağlı çox gözəl bir imic formalaşdırıb, o cümlədən daxildə vətəndaşlar üçün böyük imkanlar açıb, vətəndaş və dövlət münasibətlərini tamamilə fərqli bir formasını yaradıb.

Son xəbərlər

Orphus sistemi