"Virusa qarşı dövlət siyasətinə dəstək məqsədi ilə təşkilatlanan könüllülərimiz əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, eləcə də insanların sosial problemlərinin həlli ilə bağlı aksiyalarda fəallıq nümayiş etdirirlər".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, institusional formatda inkişaf edən könüllü fəaliyyətin ölkədə böyük bir hərəkata çevrilməsi çox sevindirici haldır:
"MDB ölkələri arasında ilk dəfə olaraq könüllülüklə bağlı qanun məhz Azərbaycanda qəbul edilib. Bu gün milli könüllülük fəaliyyəti həm hüquqi, həm də qanunverici baza ilə tənzimlənir. Məlumdur ki, cənab Prezidentin qərarı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Bu qərar təkmil əsaslarla işləyən Azərbaycan könüllüləri qarşısında yeni prioritetlər, yeni hədəflər müəyyənləşdirib. Koronavirus pandemiyasının yaratdığı reallıqlar isə bu prioritetlərin miqyasını bir qədər də genişləndirib.
Prezident