Könül Nurullayeva yeniyetmələrə bayram əhvalı bəxş etdi - VİDEO

Könül Nurullayeva yeniyetmələrə bayram əhvalı bəxş etdi - VİDEO Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar təbliğat-təşfiqat kampaniyası sona yaxınlaşmaqdadır.
Milli Məclis
5 Fevral , 2020 13:29
Könül Nurullayeva yeniyetmələrə bayram əhvalı bəxş etdi - VİDEO

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar təbliğat-təşfiqat kampaniyası sona yaxınlaşmaqdadır.

"Report" xəbər verir ki, 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyini irəli sürən Könül Nurullayeva Rüstəmov küçəsindəki 47 nömrəli binanın qarşısında bu məhəllədən olan seçicilərlə görüşüb. 

Daha sonra namizəd sakinlərlə birlikdə binanın qarşısında yerləşən meydançada uşaq və yeniyetmələrin futbol oyununa tamaşa ediblər.

Bu tədbirdən sonra Q.Qarayev 79, 77, 73, Naxçıvanski 53, 55, 57, 57a, 67, 69, 73, Rüstəmov 54, 56, 58 ünvanlarında yaşayan yerli sakinlərlə görüşlər olub. Seçicilərin problemləri ilə maraqlanan və onların istəklərini dinləyən Könül Nurullayeva bu istiqamətdə əl-ələ verib onlarla birgə inamla və əzmlə çalışmağa söz verib.

Keşlə qəsəbəsində 5, 5a, 11, Türkmən 10/3 və Zakir 11/5 küçələrindəki mənzillərdə keçirilmiş toplantılarda isə sakinləri narahat edən məsələlərdən bir neçəsi, xüsusilə rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların rifah səviyyələrinin yüksəldilməsi, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin sosial-məişət problemlərinin həlli, uşaq və gənclərin asudə vaxtlarının təşkili, sağlam həyat tərzinə cəlb olunmaları və onların həlli istiqamətində görülməli işlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi