Komitə sədri Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ölkəyə qayıtmasından danışdı

Komitə sədri Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ölkəyə qayıtmasından danışdı “Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan Prezidentinin siyasətinin əsas istiqamətlərindən biridir”.
Milli Məclis
245
31 May , 2020 12:03
Komitə sədri Türkiyədə oxuyan azərbaycanlı tələbələrin ölkəyə qayıtmasından danışdı

“Türkiyə ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi Azərbaycan Prezidentinin siyasətinin əsas istiqamətlərindən biridir”.

“Report”xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədrinin sözlərinə görə, iyunun 15-də Türkiyədə tədris yekunlaşır:

“Bu uşaqlar iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar. Təxminən 2 400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Bu uşaqlar iyunun 15-dən sonra harda qalacaqları bilinmir. Bu ailələrin əksəriyyəti uşaqlarının biletlərini almağa da razıdırlar. İyunun 15-nə qədər çarter reyslərlə bu uşaqların ölkəmizə geri qaytarılmasına şərait yaratsınlar. Aidiyyəti qurumları bu məsələni diqqətə almağa xahiş edirəm. Yataqxanadan artıq çıxarılma mərhələsində olan uşaqların ölkəyə gətirilməsi məsələsi öz həllini tapmalıdır”.

Orphus sistemi