Komitə sədri: “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat əlavə pul lazımdır”

Komitə sədri: “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat əlavə pul lazımdır” Bakı. 21 iyun. REPORT.AZ/ Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaqla bağlı və digər məsələlərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat əlavə pul vəsaiti lazımdır.
Milli Məclis
21 İyun , 2018 12:38
Komitə sədri: “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat əlavə pul lazımdır”
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ "Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaqla bağlı və digər məsələlərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat əlavə pul vəsaiti lazımdır".

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin iclasında komitə sədri Hadı Rəcəbli deyib.

Komitə sədri bildirib ki, komitə bu qədər vəsitin dövlət büdcəsindən götürülüb insanlara verilməsi üçün qanunlara əlavə və dəyişikliklər edib: “Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”.

Son xəbərlər

Orphus sistemi