Yuxarı

Komitə sədri deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılmasını nəzərdə tutan layihənin detallarını açıqlayıb

© Report — Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli

Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatın etik davranış qaydalarını pozduğuna görə cəzalandırılmasını nəzərdə tutan qanunun Seçki Məcəlləsinə edilən dəyişiklik layihəsinin detallarını açıqlayıb.

“Report”un xəbərinə görə, komitə sədri parlamentin bu gün keçirilən iclasında deyib ki, ötən il Konstitusiyaya edilən dəyişiklikdən sonra etik davranış qaydalarının kobud pozulması ilə bağlı MM-in müvafiq qurumunun qərarı mövcuddursa, bundan sonra MSK-nın bu faktları araşdırması ciddi görünmür: "Çünki məsələ ixtisaslaşmış qurum olan Milli Məclisin İltizam komitəsində müzakirə olunubsa, qərar qəbul olunubsa, bunun yenidən araşdırılması düzgün olmazdı. Bununla bağlı yeni variant hazırlandı. 175.3 maddənin 2-ci cümlə belə təklif olunur: "MSK-nın bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellasiya şikayəti verilə bilər". Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində də göstərilən əsaslar olduqda, bu hallarla bağlı MSK-ya MM-in rəsmi məlumatı daxil oldqdan sonra 15 gündən gec olmayaraq MSK həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Beləliklə, "MSK tərəfindən faktların 2 aydan gec olmayaraq müddətdə araşdırılması mütəxəssislərdən ibarət qrupların yaradılması" fikirləri çıxarılıb. 176.4-cü maddəyə 2-ci cümlə əlavə edilib. Deputatın mandatdan məhrum edilməsi haqqında MSK-nın qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə baxılan işin nəticələrindən asılı olaraq təyin olunur. Yəni, deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul olunubsa, bu qərar qüvvəyə minbəyibsə, həmin dairədə seçki elan oluna bilməz, seçki keçirilə bilməz. Belə fikirlər səslənirdi ki, nə üçün deputatın mandatının ləğv edilməsi MSK tərəfindən baxılsın? Hazırda qüvvədə olan Seçki Məcəlləsinə görə Konstitusiyanın 89-cu maddəsinin 4-cü bəndi MSK tərəfindən araşdırılır. İntizam komiisyası qərar qəbul edirsə, MSK-nın hər hansı bir araşdırma aparması üçün lüzum yoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi