Komitə sədri: “Bir çox ölkədə sovet dövründə təhsil alan müəllimlər işdən kənarlaşdırılıb”

Komitə sədri: “Bir çox ölkədə sovet dövründə təhsil alan müəllimlər işdən kənarlaşdırılıb” “Regionlarda bir çox məktəblərdə bir müəllim bir neçə fənndən dərs deyir. Bu müəllimlərin biliyinin hansı fənn üçün yetərli olduğunu aydınlaşdırmaq lazımdır”.
Milli Məclis
15 dekabr 2022 07:28
Komitə sədri: “Bir çox ölkədə sovet dövründə təhsil alan müəllimlər işdən kənarlaşdırılıb”
Hicran Hüseynova

“Regionlarda bir çox məktəblərdə bir müəllim bir neçə fənndən dərs deyir. Bu müəllimlərin biliyinin hansı fənn üçün yetərli olduğunu aydınlaşdırmaq lazımdır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O bildirib ki, bəzi ölkələrdə sovet dövründə təhsil alan müəllimlərin hamısı işdən kənarlaşdırılıb: “Səbəb isə göstərildi ki, onlar yeni dönəmə uyğun deyil. Azərbaycanda isə bu edilmədi. Müəllim tək fənni tədris edən deyil, həm psixoloq, həm də pedaqoq olmalıdır. Belə faktlar da var ki, sertifikasiyadan keçən müəllim auditoriya ilə dil tapa bilmir. Baxmayaraq ki, peşəkar müəllimdir, amma psixoloq, pedaqoq deyil. Bütün bu kimi nüanslar nəzərə alınmalıdır”.

Son xəbərlər

Orphus sistemi