Komitə sədri: “Bank sektorunda sağlamlaşma prosesi davam edir”

Komitə sədri: “Bank sektorunda sağlamlaşma prosesi davam edir” “2019-cu il Azərbaycanda sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib”.
Milli Məclis
121
2 İyun , 2020 14:18
Komitə sədri: “Bank sektorunda sağlamlaşma prosesi davam edir”
Tahir Mirkişili / Report

“2019-cu il Azərbaycanda sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb: “Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb”.

Komitə sədri xatırladıb ki, 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb:

“Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq”.

Son xəbərlər

Orphus sistemi