Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək

Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik edilib
Milli Məclis
136
27 Aprel , 2021 12:26
Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, qanunun 20.1-ci maddəsinə dəyişiklik olunur.

Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi