Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək

Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək
Milli Məclis
12 Aprel , 2021 23:49
Kirayədə yaşayan prokurorluq işçilərinin ailə üzvlərinə kompensasiya ödəniləcək
0 : 00
0 : 00

Azərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik təklif edilir.

Bununla da qanuna 20.1-ci maddəsinə dəyişiklik olunur. Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi