Karantin rejiminin pozulmasına görə cərimələr müəyyənləşdi

Karantin rejiminin pozulmasına görə cərimələr müəyyənləşdi Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək.
Milli Məclis
17 Mart , 2020 13:21
Karantin rejiminin pozulmasına görə cərimələr müəyyənləşdi

Azərbaycanda epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək.

"Report"un məlumatına görə, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə bununla bağlı təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi