İtkin düşmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

İtkin düşmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.
Milli Məclis
26 Aprel , 2022 15:52
İtkin düşmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir

Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydası müəyyənləşir.

"Report"un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi