Ettore Rosato: "Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəyik"

Ettore Rosato: "Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəyik" "Azərbaycana səfərimiz məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir"
Milli Məclis
7 Dekabr , 2020 17:06
Ettore Rosato: Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəyik

“Azərbaycana səfərimiz məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir. Siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir. İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır”.

“Report” xəbər verir ki, bunu İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib.

O qeyd edib ki, Azərbaycanın dostu kimi onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər.

Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.

Son xəbərlər

Orphus sistemi