“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub

“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclis
17 Noyabr , 2022 18:03
“İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

"Report"un xəbərinə görə, layihədə İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin gəlirləri 212 668 344,50 manat, xərcləri 212 668 344,50 manat məbləğində nəzərdə tutulub.

Bu isə cari ildəkindən 31,3 milyon manat, yaxud 17,3% çoxdur.

Gələn il işsizlikdən sığorta fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 41,1%-i özünüməşğulluq tədbirlərinin, 21%-i məşğulluq xidməti orqanının saxlanmasının, 16,5%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 10%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək.

Layihəyə əsasən, 2023-cü ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaq:

Gəlirlərin mənbələri

Məbləğ (manatla)

2.1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

159 576 150,0

2.1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

22 434 025,0

2.1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

22 434 025,0

2.1.3.

qeyri-büdcə sektoru üzrə

114 708 100,0

2.2.

Sair gəlirlər

60 000,00

2.3.

2022-ci ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti

53 032 194,5

Qeyd edilib ki, İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

3.1.

İşsizliyə görə sığorta ödənişləri

11 000 000,0

3.2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

22 000 000,0

3.3.

Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

2 000 000,0

3.4.

Əmək yarmarkalarının, əmək birjalarının təşkili

500 000,0

3.5.

Haqqı ödənilən ictimai işlərin təşkili

3 500 000,0

3.6.

Özünüməşğulluq tədbirlərinin təşkili

87 521 146,75

3.7.

Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi

2 000 000,0

3.8.

Peşə standartlarının hazırlanması

1 000 000,0

3.9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

44 647 197,75

3.10.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri

35 000 000,0

3.11.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması

1 000 000,0

3.12.

Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

1 500 000,0

3.13.

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv tədbirlər

1 000 000,0

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi