İnvestisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri müəyyənləşib.
“Report”un xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihədə qeyd edilib ki, investisiya fəaliyyəti sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
1. mülkiyyətin toxunulmazlığı;
2. qanunçuluq;
3. insan və vətəndaş hüquq və azadlıqlarının qorunması və təmin edilməsi;
4. konfidensial məlumatların qorunması.
Sənəd layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.